Dünya Bankı (WB) bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını dəyişməyərək sabit saxlayıb.
Bu barədə WB-ın “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilib.
Dünya Bankı Azərbaycanın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozunu aprel ayı lə müqayisədə dəyişməyərək müvafiq olaraq 2,7 % və 2,2 % səviyyəsində saxlayıb.
Dünya Bankı 2024-cü ildə isə Azərbaycanda ÜDM-nin 2,3 % artacağını gözləyir.