7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı: Azərbaycanın sığorta sektorunun qiymətləndirilməsi koronavirusa görə ləngiyir

Azərbaycan Mərkəzi Bankının (AMB) Dünya Bankı ilə birgə bu ilə planlaşdırdığı ölkənin sığorta sektorunun qiymətləndirilməsi COVID-19 pandemiyası səbəbindən ləngiyir.

Bu barədə Dünya Bankının Azərbaycan nümayəndəliyindən bildirilib. Bankın Bakı ofisindən verilən məlumata görə, ölkə və bankın əməkdaşlığının əhatə etdiyi sahələrdə, xüsusən də maliyyə və xidmət sektorlarında işlər asta templə davam etdirilir: “Sığorta sektorunun qiymətləndirilməsi ilə bağlı yeniliklər cari ilin payızınadək gözlənilmir”.

Qeyd edək ki, ilin əvvəlində AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov AMB və Dünya Bankı ilə birgə Azərbaycanın sığorta sektorunun qiymətləndirilməsi prosesinin 2020-ci ildə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 3,5 mlrd. ABŞ dollarından çox kredit ayırıb.

Son xəbərlər
Digər xəbərlər