İnkişaf etmiş ölkələrə birbaşa xarici investisiyalar (FDI) 2023-cü ildə 1996-cı ildən bəri ən aşağı səviyyəyə (336 milyard dollar), inkişaf etməkdə olan ölkələrdə isə 2006-cı ildən bəri ən aşağı səviyyəyə (435 milyard dollar) düşüb. Bu barədə Dünya Bankı (DB) məlumat yayıb. O, 2023-cü ildə azalmanı qlobal investisiya axını üçün “əhəmiyyətli təhlükə” yaradan “ticarət və investisiya maneələrinin artması” ilə izah edib.
“Gördüklərimiz hökumət siyasətinin nəticəsidir. Son illərdə hökumətlər investisiya və ticarətə maneələr yaratmaqla məşğuldur. Onlar bu pis vərdişdən əl çəkməli olacaqlar”, – deyə Dünya Bankının böyük iqtisadçısı və baş vitse-prezidenti İndermit Hill bildirib.
Bundan əvvəl Dünya Bankı 2025-ci ildə qlobal iqtisadiyyatın perspektivlərinə dair hesabat dərc edib. O, bu il qlobal iqtisadi artım proqnozunu 2.7%-dən 2.3%-ə endirib. Dünya Bankı bunu xüsusilə ticarət münaqişələrinin intensivləşməsi, ilk növbədə ABŞ prezidenti Donald Trampın başladığı tarif müharibəsi ilə əlaqələndirir.