9 C
Baku
Friday, December 27, 2024

Dünya Bankı Çinin 2024-2025-ci illərdə ÜDM artımı ilə bağlı proqnozunu yüksəldib

2024-cü ilin sonunda Çində ÜDM artımının 4.9%, 2025-ci ildə isə 4.5% olacağı gözlənilir. Bu barədə daha əvvəl verilmiş proqnozlara düzəlişlər edən Dünya Bankının hesabatında deyilir. Qeyd edək ki, Dünya Bankı öncə Çinin potensial ÜDM artımını 2024-cü ildə 4.8%, 2025-ci ildə isə 4.1% səviyyəsində qiymətləndirib.

Proqnozlara düzəliş edərkən, Dünya Bankı Çin hakimiyyətinin “daxili tələbata qısamüddətli dəstək və uzunmüddətli maliyyə sabitliyi məqsədləri arasında tarazlıq yaratmağa” çalışdığı iqtisadiyyatın stimullaşdırılması siyasətini nəzərə alıb. Bu, zəif daxili tələb və daşınmaz əmlak bazarında uzunmüddətli tənəzzüllə bağlı vəziyyəti düzəltməyə qismən kömək edib.

Dünya Bankı öz hesabatında Çində iqtisadi mobilliyi şəhər-əyalət fərqini aradan qaldırmaq, gəlir bərabərsizliyini azaltmaq və daxili istehlakı artırmaq üçün bir vasitə kimi də qiymətləndirir. Bank qeyd edir ki, Çində orta təbəqənin payı 2010-cu illərdən bəri artsa da və 2021-ci ilə qədər ümumi əhalinin 32%-ni təşkil etsə də, əhalinin təxminən 55%-i hələ də iqtisadi cəhətdən təminatsız olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər