16 C
Baku
Wednesday, May 8, 2024

Dünya Bankı dekabrda Orta Dəhlizin potensialı ilə bağlı araşdırmanın nəticələrini açıqlayacaq

Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialı ilə bağlı geniş araşdırma aparıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən komitənin iclasında deyib.

“Düşünürəm ki, gələn ay Bank artıq araşdırmanın ilkin nəticələrini təqdim edəcək. Amma ümumi rəy olaraq 2030-cu ilə qədər Orta Dəhlizin artım potensialının üç dəfədən çox artması ilə bağlı rəqəmlər artıq elan edilib. Bu o deməkdir ki, Azərbaycan nəinki daxili iqtisadi mühit, eyni zamanda xarici iqtisadi əlaqələrlə də bağlı gələcəkdə kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq. Bu da əslində növbəti üç və daha sonrakı illərdə büdcə gəlirlərinin daha çox artmasına imkan yaradacaq amillərdən biridir”, – deyə T. Mirkişili bildirib.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər