İnkişaf etməkdə olan ölkələr, təxminən, 10 il əvvəl qlobal iqtisadi böhran dövründə olduğu kimi indi də iqtisadi tənəzzülə qarşı hazırlıqlı deyil. Onlar təcili olaraq iqtisadiyyatın risklərə qarşı müdafiəsini artırmalıdır.
Bu barədə Dünya Bankının hesabatında bildirilir.
“Bu ölkələr qismən artan borclar, ixracın və daxili iqtisadi artımın azalması səbəbi ilə xarici şoklara qarşı daha həssasdır”, – sənəddə qeyd olunub.
Bununla belə, hesabatda əksər ölkələrin 1997-ci ildən bəri inflyasiyanın hədəflənməsi rejiminə keçməsi və daha yaxşı maliyyə siyasəti yürütməsi müsbət amil kimi vurğulanıb.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) ötən ay 2019-cu il üzrə iqtisadi artım proqnozunu 3%-ə endirib ki, bu da 10 illik minimumun yenilənməsi deməkdir. Dünya Bankı isə iyun ayında qlobal iqtisadi artım proqnozunu 2,6%-ə endirib.
©Report