Dünya Bankı koronavirus ilə mübarizə üçün kasıb ölkələrə 12 milyard dollar vəsait ayıracaq.
Banker.az xəbər verir ki, bu haqda bankın rəsmi saytında məlumat yerləşdirilib.
“Bu maliyyələşdirmə ölkələrə COVID-19 virusunun səbəb olduğu faciəvi nəticələrin azaldılması üçün tədbirlərin görülməsi və mümkün olduqda azaldılması məqsədilə nəzərdə tutulub”, – bankın mesajında qeyd edilir. Ayrılan vəsaitlər səhiyyə sistemin, habelə inkişaf etməkdə olan ölkələrdə epidemioloji nəzarətin gücləndirilməsinə yönəldiləcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, son bir gün ərzində daha 1922 nəfər yoluxub, onlardan 130 nəfər Çinin, 1792 nəfər isə digər ölkələrin payına düşür. Koronavirus epidemiyasının yayıldığı ölkələr sırasına Portuqaliya, Səudiyyə Ərəbistanı, Tunis, Marokko, Latviya, Andorra, İordaniya və Seneqal daxil olub.