Dünya Bankı neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb

Bu ilin iyul ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 83,4 ABŞ dolları səviyyəsində olub, bu da öncəki ayın göstəricisi (85,4 dollar) ilə müqayisədə 2,34% azdır.

Bu barədə Banker.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin ikinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 104,4 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (67,8 dollar) ilə müqayisədə 54% çoxdur.

Bank xatırladıb ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 69 dollar səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi (80,7 dollar) ilə müqayisədə 14,5% azdır.

Məlumata görə, cari ilin iyul ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 79,4 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (81,9 dollar) ilə müqayisədə 3,1% azdır.

Qeyd olunub ki, bu ilin ikinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 93,2 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (63,9 dollar) ilə müqayisədə 46% çoxdur.

Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (75,8 dollar) ilə müqayisədə 14,4% azdır.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər