16 C
Baku
Wednesday, April 17, 2024

Dünya Bankı Qərbi Balkan regionunun iqtisadi artım proqnozunu aşağı salıb

Dünya Bankı Qərbi Balkan regionunun 2023-cü il üzrə iqtisadi artım proqnozunu aşağı salıb.

Region üzrə iqtisadi artım proqnozu 0.6 faiz azaldılaraq 2.5 faizə endirilib. Bank Bosniya və Herseqovinanın da iqtisadi artım proqnozunu 3.1 faizdən 2.5 faizə azaldıb. Cari ildə Monteneqroda iqtisadi artım tempinin 3.4 faiz, Serbiyada isə 2.3 faiz təşkil edəcəyi gözlənilir.

Bildirilib ki, qlobal iqtisadi artım ilin sonuna qədər yavaşımağa davam edəcək və bu, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün kəskin eniş riskini daha da artıracaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər