7 C
Baku
Wednesday, January 15, 2025

Dünya Bankı Ukraynaya 454 mln. dollar ayıracaq

Ukrayna səhiyyə sahəsinin inkişafı üçün Dünya Bankından 454 milyon dollar alacaq.

Bu barədə ölkənin Baş naziri Denis Şmıqal sosial şəbəkədə məlumat verib.

“Bu, hökumətin tibbi zəmanətlər proqramı üzrə prioritet maliyyələşdirmə səylərini dəstəkləyəcək. Vəsait səhiyyə sistemində islahatların aparılmasına və səmərəliliyinin artırılmasına yönəlmiş THRIVE layihəsi çərçivəsində ayrılacaq”, – o qeyd edib.

Daha əvvəl ölkənin Maliyyə Nazirliyi sosial sahənin inkişafı üçün Dünya Bankının 664 milyon dollar məbləğində əlavə vəsaitin ayrılmasını təsdiq etdiyi barədə məlumat vermişdi.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər