23 C
Baku
Friday, April 26, 2024

Dünya Bankı xəbərdarlıq edir

İyunun 10-da Dünya Bankı Mərkəzi Asiyadan tutmuş Afrikayadək yeni yaranan iqtisadiyyatları xəbərdar edib ki, növbəti aylarda maliyyə tufanları iqtisadi cığırı daha da çətinləşdirə bilər.

Bankın məlumatına görə, inkişaf etməkdə olan dünyanın iqtisadiyyatı zəifləyə, bazar daha təlatümlü ola bilər. Ən çox Avropa və Orta Asiyada inkişaf etməkdə olan ölkələrin ziyan görəcəyi, Rusiyada geriləmənin baş verəcəyi, Ukraynanın şərqində münaqişənin iqtisadi qarışıqlıq yaratdığı vurğulanır.

“Özəlliklə yeni yaranan iqtisadiyyatlara kəmərləri bərkitməyi tövsiyə edirik,” Dünya Bankının iqtisadçısı Kaushik Basu deyib. Onun sözlərinə görə, əsas günah ABŞ Mərkəzi Bankınındır, belə ki, bank 2000-ci illərin ortalarından bəri ilk dəfə olaraq faiz dərəcəsini artırmağa hazırlaşır.

azadliq.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər