6 C
Baku
Sunday, December 15, 2024

Dünya bankları və maliyyə şirkətləri SVB-nin iflasından sonra $465 mlrd. dəyər itirib

“MSCI World Financials” və “MSCI EM Financials” indekslərinə daxil olan qlobal bankların və maliyyə şirkətlərinin bazar dəyəri kəskin azalıb. “Bloomberg” yazır ki, “Silicon Valley Bank”ın iflasından sonra bu rəqəm 465 milyard dollar düşüb.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Ən çox təsirlənən təşkilatlar arasında ABŞ-ın kiçik regional banklarının kotirovkaları olub. Bazar ertəsi Kaliforniyada yerləşən “First Republic Bank”ın və Arizona ştatının “Western Alliance Bancorp”un səhmləri müvafiq olaraq 61.8% və 4.1% azalıb, Ohayodakı “KeyCorp” isə 27.3% ucuzlaşıb. İnvestorlar kiçik bankların balanslarının hazırkı şəraitdə dayanıqlı ola biləcəyindən ehtiyat edirlər.

“SVB”nin iflasından sonra oxşar qorxular Avropa və Asiyada da yayılıb. İsveçin “Credit Suisse Group”un səhmləri 15% ucuzlaşaraq rekord minimuma çatıb. Yaponiyanın “MUFG”, “Mizuho” və “SMFG” banklarının səhmləri 7.5%-dən 8.1%-ə düşüb. Cənubi Koreyanın “Hana Financial Group”un səhmləri martın 14-də ticarətin bağlanışında 3.4%, Avstraliyanın “ANZ Group”u  isə 1.5% ucuzlaşıb.

“Bloomberg” qeyd edir ki, bu gözləntilərə əsasən, ABŞ Maliyyə Nazirliyinin gəlirlərindəki azalma 40 ildən çox müddətdə ən kəskin azalma olub. Üç gün ərzində onlar 100 baza bəndindən çox azalaraq 3.935%-ə düşüb. Bununla yanaşı, martın 14-də ABŞ-ın iki illik istiqrazlarının gəlirliliyi bir qədər bərpa olunub – 20 baza bəndi artaraq 4.17%-ə çatıb.

Müflis olmuş “Silicon Valley Bank” – ABŞ-ın 16-cı ən böyük bankı olub. Onun fəaliyyəti əsasən startaplara yönəlib. Kredit təşkilatında əmanətlərin 87%-i sığortalanmayıb ki, bu da əmanətçilərin vəsaitlərini geri qaytarmasını çətinləşdirir.

“SVB”nin iflasından sonra ABŞ Maliyyə Nazirliyi, Federal Ehtiyat Sistemi və Federal Əmanətlərin Sığortalanması Korporasiyası sistem əhəmiyyətli risklər səbəbindən “American Signature Bank”ı bağlamaq qərarını verib.

Son xəbərlər
Digər xəbərlər