12 C
Baku
Thursday, March 28, 2024

Dünya bazarında dənli bitkilərin qiyməti sabitləşib

Ukraynadan dənli bitkilərin ixracına başlanması dünya bazarında tarazlığın yaranmasına səbəb olub.

Bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Departamentin məlumatında göstərilir ki, mayda avropa bazarında taxılın 1 tonunun qiyməti 440 avroya çatmışdı. Bu da ötənilkindən 2 dəfə baha idi. Bu həftə isə qiymət 330 avroya enib.

Bununla belə, qiymətlər hələ də yüksək olaraq qalır. Səbəb gübrə, enerji daşıyıcıları və nəqliyyat xərclərinin yüksək olmasıdır. Rusiyada bu mövsümdə taxılın məhsuldarlığı yüksək olsa da, ixrac problemləri həll edilməyib. Federasiyada 88 milyon ton taxıl biçini planlaşdırılır.

Ukrayna taxılının ixracı iyulun 22-də İstanbulda imzalanmış razılaşma əsasında mümkün olub. Artıq dəniz yolu ilə Ukraynadan 722 min tonadək dənli bitki daşınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər