Dünya birjalarında neftin dəyəri artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:45 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 17 sent, yəni, 0.24% bahalaşaraq 70.29$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 28 sent, yəni, 0.43% artaraq 65.83$-da qərarlaşıb.