9 C
Baku
Thursday, December 12, 2024

Dünya bazarlarında neftin qiymətində dəyişmələr davam edir

Dünya bazarlarında neftin qiymətində qismən azalma müşahidə olunur.

Lakin  Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:45 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.09$ , yəni, 0.17% artaraq 52.50 $-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri  isə 0.16$, yəni, 0.26% enərək 61.52$-a təklif olunub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,86 dollar və yaxud 1,38% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edib.

“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Son xəbərlər
Digər xəbərlər