Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,44$ yəni 1,01% bahalaşaraq 43,93$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,34$ (0,74%) artaraq 46,38$ təklif olunub.