Neft kəskin enişdən sonra 24 saatlıq fasilədən sonra nəhayət cüzi bahalaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:11 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.23$ , yəni, 0.54% artaraq 42.763$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.01$, yəni, 0.02% bahalaşaraq 50.48$-a təklif olunub.