14 C
Baku
Friday, May 17, 2024

Dünya dəbinin ən bahalı brendləri

Geyim və digər dəbli məhsul yaradıcıları bu bazarda öz rəqabətlərini davam etdirməkdədir.

Bununla belə onlar bu rəqabətə, öz məhsullarının irəli sürülməsinə milyardlarla dollar xərcləməkdən çəkinmirlər. Aşağıda sizə dünyanən ən bahalı brendlərini təqdim edirik.

10. LEVI STRAUSS & CO., gəlir – $4,67 milyard

Bu brendin illik gəliri 5 milyard dollar həcmindədir. Bu isə o deməkdir ki, brend növbəti illərdə də öz aktuallığını qoruyub saxlayacaq.

9. COACH INC., gəlir – $4,67 milyard

Şirkət 1941-ci ildə yarandığı andan etibarən bazarda özünəməxsus yerə sahibdir. Şirkət dəridən yüksək keyfiyyətli məhsullar hazırlayır.

8. PHILLIPS-VAN HEUSEN CORP, gəlir – $6,04 milyard

Şirkətin bir ildə əldə etdiyi 6 milyard dollar yeni aktivlərə pul yatırmaq üçün əla şans yaradır.

7. ESTÈE LAUDER, gəlir – $9,71 milyard

1946-cı ildə yaradılmış və kosmetika məhsulları istehsal edən şirkət Bobbi Brown, Clinique, M.A.C və Jo Malone kimi digər brendləri də idarə edir. Şirkətdə çalışan əməkdaşalrın sayı isə 40 minə çatır.

6. RICHEMONT, gəlir – $11,83 milyard

Şirkət 80-ci illərdə yaransa da, bazarda layiqincə möhkəmlənməyi bacarıb.

5. CHRISTIAN DIOR, gəlir  – $11,91 milyard

Şirkət 1946-cı ildə yaradılıb və bu günkü günümüzdə şirkət LVMH qrupuna daxildir.

4. THE GAP, gəlir – $15,65 milyard

Gap şirkəti də öz biznesini cinslərlə başlayıb və elə ilk ildən öz mənfəətini 2 milyon dollar artırmışdı. İndi isə bu məbləğ 15,65 milyard dollar təşkil edir.

3. KERING, gəlir – $15,65 milyard

Kering şirkəti dünya dəb mərkəzində yer almaqla yanaşı, Alexander McQueen, Balenciaga, Gucci və Stella McCartney və s. kimi brendlərə də sahibdir. Fransız şirkəti ildə 10 milyarddan çox gəlir əldə edir ki, bu da onun bazardakı pozisiyasını təyin edir.

2. H&M, gəlir – $18,82 milyard

H&M şirkəti 1947-ci ildən dəbli məhsulların hazırlanmasında ixtisaslaşıb və 53 ölkədə təmisl olunur. Şirkət mütəmadi olaraq məşhur dizaynerləri öz işinə cəlb edir. Şirkətdə 116 min insan işləyir.

1. LVMH MOËT HENNESSY – LOUIS VUITTON S.A, gəlir – $37,14 milyard

LVMH reytinqimizin ilk pilləsində  yer alıb. İki nəhəngin birləşməsini təmsil edən şirkətin illik gəliri 37,14 milyard dollar həcmindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər