8 C
Baku
Thursday, December 12, 2024

Dünya hava limanlarının anti-reytinqi

Hava limanında müəyyən vaxt keçirmək səyahətin ayrılmaz bir hissəsidir. Təyyarəyə daxil olacağınız anı gözlədikdə müsbət, parlaq təəssüratlar qazanmaqla bərabər, sözün əsl mənasında dəhşət də yaşaya bilərik. Bütün dünya üzrə turistlər dünyanın ən pis hava limanlarının anti-reytinqini tərtib etmişlər. Sorğu Guide to Sleeping in Airports saytı vasitəsilə keçirilmişdi və bu sorğuda 26 mindən çox istifadəçi iştirak etmişdi.

Beləliklə, planetimizin ən pis hava limanları ilə tanış olmağı təklif edirik:

Dünyanın ən pis hava limanları reytinqində ilk pillədə Nigeriyanın Port Harcourt International Airport hava limanı yer almışdır. Bu hava limanı 1 terminaldan ibarətdir və həm daxili, həm də xarici reyslər üçün nəzərdə tutulub. Bu hava limanından istifadə etmək “xoşbəxtliyinə” nail olmuş insanlar burada heç bir kondisionerin olmadığını, oturacaq yerlərin çox az olduğunu, həmçinin müştərilərə xidmət səviyyəsinin çox aşağı olduğunu vurğulamışlar.

Reytinqin ikinci pilləsi Səudiyyə Ərəbistanının King Abdulaziz International Airport hava limanına məxsusdur. Bu aeroport inanılmaz dərəcədə çirkli olması ilə tanınır. Üstəlik, gözləmə zalında tütün və siqaret tüstüsündən sözün əsl mənasında boğulmaq olar. Bundan əlavə, hava limanının işçiləri ayaq yollarının təmizliyinə riayət etmirlər.

Üçüncü pillədə Nepalın Kathmandu Tribhuvan International Airport hava limanı yer alıb. Burada olmuş insanlar ayaq yollarında inanılmaz natəmizliyin olduğunu qeyd etmişlər.

Daşkənd Beynəlxalq hava limanı səyahətçilərin dəhşətə gəlməsinə səbəb olmuşdur. Burada natəmizlik və uzun növbələr müşayiət olunur. Bu vəziyyət eynilə Caracas Simon Bolivar International Airport (Mərakeş), Hamid Karzai International Airport (Əfqanıstan), Aeroport International Toussaint Louverture (Haiti) hava limanlarına da aiddir. Vyetnamın Tan Son Nhat hava limanı isə əlavə olaraq, cibgirlər ilə məşhurdur. Bundan əlavə, hava limanı işçiləri “səmimiliklə” bəxşiş tələb edirlər.

Avropanın ən pis hava limanı isə Parisin Aeroport de Beauvais-Tille hava limanı seçilmişdir. Turistlər burada aşağı səviyyəli müştəri xidmətinin olmasını və internetin pullu olduğunu bildirmişlər.

Son xəbərlər
Digər xəbərlər