17 C
Baku
Saturday, May 18, 2024

Dünya iqtisadiyyatı 2024-cü ildə 2.9% artacaq

Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) sorğuda iştirak edən şirkətlərin baş iqtisadçılarının yarıdan çoxu (56%) 2024-cü ildə qlobal iqtisadi artım yavaşlayacağına inanır.

Respondentlərin qalan hissəsi qlobal ÜDM artımının 2023-cü il səviyyəsində qalacağını və ya sürətlənəcəyini gözləyir.

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın 2023-cü ildə 3% artdıqdan sonra 2024-cü ildə 2.9% artacağını təxmin edir.

İqtisadçılar Avropaya daha çox bədbindirlər – respondentlərin dörddə üçü (77%) regionda artımın zəif və ya çox zəif olacağına inanır. Bu arada, Cənubi Asiyada respondentlərin 93%-i orta və ya güclü artım gözləyir.

Sorğuda iştirak edən baş iqtisadçıların 56%-i hesab edir ki, ABŞ ÜDM-in artımı mülayimdən güclüyə qədər dəyişəcək. Hələ sentyabr ayında bu faiz 78% olub. Eyni zamanda, yalnız respondentlərin yalnız 13%-i ABŞ və Avropada yüksək inflyasiya gözləyir.

“Dünya iqtisadiyyatı bu il yeni sınaqdan keçəcək. Belə ki, qlobal inflyasiya azalır, lakin iqtisadi artım zəifləyir, maliyyə şərtləri sıx olaraq qalır, gərginlik və qeyri-bərabərlik artır, bu da inklüziv iqtisadi artım üçün  beynəlxalq əməkdaşlığa təcili ehtiyacı vurğulayır”, – BVF-in idarəedici direktoru Saadia Zahidi bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər