“Dünya iqtisadiyyatı tənəzzül təhlükəsi ilə üz-üzədir”.
Bunu Çin lideri Si Cinpin Balidə keçirilən G-20 liderlərinin IX Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, ilk zərbə inkişaf etməkdə olan ölkələrə dəyib.
S.Cinpin dünya liderlərini beynəlxalq əməkdaşlığı dərinləşdirməyə və iqtisadiyyatın bərpası üçün şərait yaradılmasına çağırıb.
Onun fikrincə, G20 ərzaq və enerji problemi olan yoxsul ölkələrə kömək etməlidir.