15 C
Baku
Saturday, April 20, 2024

Dünya iqtisadiyyatının sürətlə tənəzzülə doğru irəliləməsinə işarə edən 5 əlamət

Hal-hazırda dünya iqtisadiyyatı 2008-ci il maliyyə böhranından bəri ən pis dövrünü yaşayır.

Qeyd etmək lazımdır ki, bütün bunlar mərkəzi bankların faiz dərəcələrini aşağı salmaları fonunda baş verir. Çox güman ki, mərkəzi banklar nəzarəti itirirlər. Əslində, növbəti böhranın kabusa çevrilməsi üçün çox az şey tələb olunur. Düzdür, ABŞ-ın iqtisadiyyatı Asiya və Avropanın iqtisadiyyatı qədər zərər çəkməyib, lakin burada da korporativ gəlirlərin sürətlə azalması müşahidə olunur, avtomobil borcu rekord səviyyəyə çatıb.

“Cass Freight” indeksi 11 aydır düşür, ABŞ-ın sənaye istehsalının həcmi sürətlə azalmağa davam edir, dünyanın hər nöqtəsində iqtisadi problemlər yaşanır, amerikanlar isə baş verən hadisələrdən xəbərdar deyillər.

Dünya iqtisadiyyatının sürətlə tənəzzülə doğru irəliləməsinə işarə edən beş əlamət var.

Avtomobil satışları azalır

“Fitch” in verdiyi məlumata görə, bu il avtomobil satışları 4% (3,1 milyon) aşağı düşəcək. Mütəxəssislərin fikrincə, bu, 2008-ci il maliyyə böhranından sonra ən böyük azalma olacaqdır. 2019-cu ildə avtomobil satışlarının həcminin 77,5 milyon təşkil edəcəyi güman edilir.

Dünya ticarəti düşməyə davam edir

Dünya ticarəti il ərzində 4 ay ardıcıl olaraq düşməyə davam edib. Sentyabr ayındakı 1,1% təşkil edən azalma, 2009-cu il maliyyə böhranından sonra ən uzun müddət davam edən düşmə olmuşdur.

CPB qeyd edir ki, ABŞ və Çin arasında tədarük zəncirindəki fasilələrin əsas səbəbi ticarət müharibəsidir. Sentyabr ayında ABŞ -ın ticarət həcmi 2,1%, Çinin idxalı isə 6,9% azalıb.

Hal-hazırda dünya iqtisadiyyatı 2008-ci il maliyyə böhranından bəri ən pis dövrünü yaşayır.

Çin müəssisələrinin qazancının azalması

Oktyabr ayında “China Industrial Enterprises” müəssisəsinin mənfəəti 427,5 milyard yuana düşüb, halbuki sentyabrda bu rəqəm 575,6 milyard yuan təşkil etmişdir. Bu, ötən ilki 9,9% azalma ilə müqayisədə tarixin ən böyük azalmasıdır. Əslində, Çinin sənaye sektorundakı azalma artıq altı aydır davam edir.

Bunun əsas səbəbi kimi ABŞ və Çin arasında gedən ticarət müharibəsi göstərilir. Və çox güman ki, yaxın zamanda tərəflər ümumi razılığa gələ bilməyəcəklər.

ABŞ-da istehlakçı güvəni azalır

“The Conference Board” ın verdiyi məlumata görə, 2019-cu ilin sonunda iqtisadi şərtlər zəiflədiyi üçün istehlakçı güvəni ardıcıl olaraq dörd aydır ki, düşməyə davam edib.

Bu ayda istehlakçı güvəni indeksi 125,5, oktyabr ayında isə 126,1 səviyyəsində olub. “Dow Jones” tərəfindən aparılan sorğuda iştirak edən iqtisadçılar indeksin 126,6 səviyyəsinə yüksələcəyini gözlədilər.

Bu, baş verməli deyildi. Əgər belə davam etsə, bütün bunlar 2020-ci il seçkiləri üçün vacib nəticələrə səbəb olacaqdır.

Zəngin insanlar qənaət etməyə başlayırlar

Hətta ən zəngin insanlar belə qənaət etməyə başlayıblar. “Yahoo! Finance” qeyd edir ki, bu tendensiya üç rübdür davam edir.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin verdiyi məlumata görə, ikinci rübdə dünyanın ən zəngin insanlarının xərcləri 1% azalıb. Bu, 2007-2009-cu il tənəzzülündən sonra ilk azalmadır.

Son illərdə dünya mərkəzi bankları növbəti böhranın qarşısını almaq üçün valyuta müdaxilələrini həyata keçirməyə başlayıblar. Müəyyən müddət ərzində onların səyləri öz bəhrəsini verdi.

Bəli, qarşıdakı böhranı təxirə salınsa da, qarşısını almaq mümkün olmadı.

Əslində son bir neçə il ərzində uzunmüddətli maliyyə problemlərinin sayı xeyli artıb. Dünya tarixin ən böyük borc “köpüyü” ilə üz-üzədir, maliyyə bazarları çökmək təhlükəsi altındadır, dünyanın hər yerində vətəndaş iğtişaşları alovlanır. Bir sözlə, “mükəmməl fırtına” üçün hər şey hazırdır. Lakin amerikanların əksəriyyəti onları nə gözlədiyindən tamamilə xəbərsizdirlər.

Buna görə təhlükəsizlik kəmərlərini taxmağın vaxtı gəldi: önümüzdəki aylarda hamımızı kələ-kötür yol boyunca səyahət gözləyir.

Son xəbərlər
Digər xəbərlər