Dünya mərkəzi bankları avqust ayında qızıl-valyuta ehtiyatlarından 12,3 ton qızıl satıb.
Bunu “World Gold Council” (WGC) təşkilatının hesabatından görmək olar.
Təxminən son bir il yarım ərzində ilk dəfə satış həcmi alış həcmini üstələyib.
Əsas alıcılar artıq ənənəvi olaraq Qırğızıstan (5 ton), Hindistan (4 ton), Türkiyə (3,9 ton), BƏƏ (2,4 ton), Qətər (1,6ton), Monqolustan və Qazaxıstan (hərəsi 1,3 ton) olub.