6 C
Baku
Sunday, December 15, 2024

Dünya nəhəngi AFFA-nın sponsoru olacaq

Yaxın günlərdə “Procter & Gamble” (P&G) şirkəti ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.

Banker.az bildirir ki, Milli assosiasiyanın rəsmi saytında verilən məlumata görə, artıq bununla bağlı razılıq əldə olunub. Müqavilə Azərbaycan yığmasının UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələ oyunlarını əhatə edəcək.

UEFA Millətlər Liqası milli komandalar üçün nəzərdə tutulmuş yeni yarışdır. Turnir mövcud beynəlxalq yarış təqvimi çərçivəsində iki ildən bir təşkil olunacaq və ilk yarış 2018/2019 mövsümündə keçirilir. Yarışın məqsədi milli komandaların futbolunun davamlı uğuruna nail olmaq və daha rəqabətli oyunların keçirilməsini təmin etməkdir. Hər bir oyunun həlledici olduğu kompakt formatda komandalardan bütün qarşılaşmalara diqqətli yanaşma tələb olunur.

D Liqasında oynayan Azərbaycan milli komanda sentyabrın 7-də Kosovo, oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək.

Qeyd edək ki, P&G və AFFA arasında tərəfdaşlıq şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edilib.

Son xəbərlər
Digər xəbərlər