9 C
Baku
Friday, December 13, 2024

Dünya neft ehtiyatlarının üçdə bir hissəsi ABŞ-ın sanksiyaları altındadır

Georgiy Plexanov adına Rusiya İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Olga Lebedinskaya, dünya neft ehtiyatlarının üçdə birinin ABŞ-ın sanksiyaları altında olduğunu söyləyib.

Banker.az xəbər verir ki, bu haqda RİA “Novosti” məlumat verib.

Ekspertin sözlərinə görə, dünya neft ehtiyatları 1,66 trilyon barel təşkil edir, onlardan 298,4 milyard barel Venesuelanın, 157,8 milyard barel İranın və 80 milyard barel Rusiyanın payına düşür.

İqtisadçının qeyd etdiyi kimi, bu ölkələrdəki neft ehtiyatlarının həcmini hesablasaq, onların payı bu göstərici üzrə ilk 30 lider ölkənin ehtiyatlarının 51%-ni təşkil edəcək (dünya neft ehtiyatlarının 33%-i).

 

 

Son xəbərlər
Digər xəbərlər