23 C
Baku
Friday, May 24, 2024

Dünya ölkələri haqqında bilmədiyimiz həqiqətlər

Sizin diqqətinizə dünya ölkələri haqqında bir neçə maraqlı məlumatı təqdim etmək istərdik.

1. Dünyada barmaqlıq arxasında olan insanların sayına görə 1-ci yerdə olan ölkə ABŞ-dır. Məsələ kimisə həbs etməyə gələndə bu ölkənin tayı-bərabəri yoxdur. Yer kürəsinin bütün əhalisinin 5%- ABŞ-da yaşayır, bütün planetdəki məhbusların 25%-də məhz burada, amerikan həbsxanalarında öz cəzasını çəkirlər, nə az, nə çox 2,2 milyon nəfər. İkinci yerdə Rusiya gəlir, bütün sivil dünyada ən az bəraət və əfv halları isə məhz Rusiyanın payına düşür 1, 5 milyon nəfər. Üçüncü yerdə 870 min məhbusla Çin dayanır.

2. Maksimum sayda saat qurşağında yerləşən ölkə: Fransa. Əgər Fransanın bütün ərazisini, o cümlədən dəniz sahillərini nəzərə alsaq, bu ölkə 12 saat qurşağında yerləşir, ABŞ 11, Rusiya isə 9 saat qurşağını əhatə edir.

3. Mərcanlardan ibarət olan yeganə yol –Quamda yerləşir. Quamda təbii qum yoxdur, ona görə orada asfaltı mərcan və neftin qarışığından hazırlayırlar.

4. Dünyada ən çox göl sayı olan ölkə: Dünyadakı bütün göllərin 60%-i Kanada ərazisində yerləşir: 3 000 000-dən artıq göl Kanada torpaqlarının 9%-ni əhatə edir.

5. Dünyada ən nəhəng-tiryək istehsal edən ölkə: Əfqanıstan. İnanılmaz olsa da dünyadakı tiryəkin 95%-i burada istehsal olunur.

6. Dünyada ən çox oksigen istehsal edən ölkə: Rusiya. Dünya meşələrinin 25%-dən çoxu Sibirdə ucalır. Onlar ABŞ-ın kontinental hissəsindən daha çox məsafəni əhatə edilər. Bu isə Rusiyanı karbon qazını emal edərək, onu dəyərli oksigenə çevirən dünyanın ən güclü ölkəsi edir.

7. Dünyanın ən təhsilli ölkəsi: Kanada. Kanadanın əhalisinin 50%-i ən azı orta ixtisas təhsil səviyyəsinə malikdirlər, Kanadadan sonra bu sırada İsrail -45% və Yaponiya 44% gəlir.

8. Ən çox tank olan ölkə: Rusiya. Rusiyadakı tankların sayı 21 000-dir, inci yerdə 16 000 tank ilə ABŞ gəlir.

9. Ən gənc əhalisi olan ölkə: Niger. Təxminən Nigerin əhalisinin yarısının yaşı 15-dən azdır. Belə ki, bu ölkənin ərazisinin 80%-i səhralardan ibarətdir. Ona görə də görünür ki, nigerlilərin dünyaya uşaq gətirməkdən başqa məşğuliyyətləri yoxdur.

10. Ən çox dildə danışılan ölkə: Papua—Yeni Qvineya. Baxmayaraq ki, bu ölkədə rəsmi danışıq dili ingilis dilidir, əslində bu sadəcə formal xarakter daşıyır: burada ingiliscə danışan əhalinin sayı 2%-dir. Papua—Yeni Qvineyanın əhalisi 820-dən artıq dildə danışır. Bu isə dünya dillərinin 12%-ni təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər