1 C
Baku
Saturday, December 14, 2024

Dünya ölkələri Britaniya ilə əlaqələri kəsir – Siyahı

Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa Birliyinin azı 14 üzv dövləti də daxil olmaqla, dünyanın onlarla ölkəsi Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar veriblər.

Birləşmiş Krallıqla uçuşların dayandırılması qərarını ilk olaraq Niderland hakimiyyəti elan edib.

Niderlanddan azı 24 saat sonra Belçika Böyük Britaniya ilə sərhədini bağlayıb. Bununla əlaqədar olaraq London və Brüssel, London və Amsterdam şəhərləri arasında dəmir yol əlaqəsi kəsilib.

Latviya hökuməti də dünən Birləşmiş Krallıqla sərnişin daşınmalarının dayandırılması barədə qərar qəbul edib. Finlandiya isə Britaniya ilə hava əlaqələrini iki həftəlik dayandırıb.

İspaniya Britaniya ilə sərnişin daşınmasını hələ dayandırmasa da, bu ölkədən gələn sərnişinlərə nəzarəti gücləndirib.

Lakin İsveçrə İspaniyadan fərqli mövqe tutub. Bu ölkə Britaniya ilə hava əlaqəsini kəsib.

Birləşmiş Krallıqla hava əlaqəsini dayandıran ölkələr arasında Xorvatiya da var. Ölkənin baş naziri Andrey Plenkoviç bildirib ki, bu, koronavirusun yeni formasının yaranması ilə əlaqədardır.

Kanada hakimiyyəti dekabrın 21-dən Britaniya ilə hava əlaqəsini dayandırdığını bəyan edib. Ancaq SBS telekanalı bunun müvəqqəti olduğunu bildirib.

Eyni zamanda Kolumbiya hakimiyyəti də bu gündən Britaniya ilə hava nəqliyyatını dayandırıb. Bu barədə “El Tiempo” ölkə prezidenti İvan Dukeyə istinadən məlumat yayıb.

Britaniya ilə əlaqələrini kəsən ölkələrin siyahısında Çexiya, Argentina da var.

Xatırladaq ki, dekabrın ortalarında Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb. Britaniya Səhiyyə Nazirliyində bildiriblər ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır və Londonda üstünlük təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər