2018-ci ildə dünya ölkələrinin əqli mülkiyyəti 53 trilyon dollar dəyərində qiymətləndirilib.
Banker.az xəbər verir ki, bu barədə Moskvada “Açıq innovasiyalar” forumunda Rusiyanın Əqli Mülkiyyət Federasiyasının prezidenti Sergey Matveev açıqlama verib.
“2015-ci ildə qeyri-maddi aktivlər 20 trilyon dollar, 2018-ci ildə isə 53 trilyon dollar dəyərində qiymətləndirilmişdir. Dünyanın Top-500 reytinqinin şirkətlərə nəzər salsanız görəcəksiniz ki, onların əqli mülkiyyətin yaradılmasına qoyduqları investisiyalar ümumi investisiyaların 94%-ni təşkil edir”.
“Intelligence value. Əqli mülkiyyət obyektlərinin dəyərinin qiymətləndirilməsi” diskussiyası çərçivəsində ekspertlər bu sahədə real qiymətləndirmə mexanizmlərinin hazırlanmasının zəruriliyini qeyd ediblər.