6 C
Baku
Sunday, December 15, 2024

Dünya sərvəti rekord 530 trln. dollara çatıb

Boston Consulting Group (BCG) illik Qlobal Sərvət Hesabatını açıqlayıb. Bildirilir ki, 2021-ci ildə COVID-19 pandemiyasına baxmayaraq, ümumi sərvət əsasən fond bazarının artımı və maddi aktivlərə tələbat hesabına 10,6% artaraq rekord həddə  –  530 trilyon dollara çatıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hesabat müəllifləri qeyd edirlər ki, yeni geosiyasi və iqtisadi sabitliyi pozan amillərə, yəni inflyasiyanın sürətlənməsinə və Ukraynada hərbi münaqişəyə baxmayaraq, yaxın beş ildə dünya sərvətinin həcmi daha 80 trilyon dollar arta bilər.

BCG analitikləri dünyanın bütün regionlarında sərvətin artacağını gözləyirlər. Ən sürətli artım Asiya-Sakit Okean regionunda olacaq – 2026-cı ilə qədər orta illik 8,4%. Dinamikaya görə ikinci yerdə Yaxın Şərq və Afrika regionu qərərlaşacaq – burada növbəti beş il ərzində orta illik artım 5,4% təşkil edəcək. Şimali Amerika və Avropada artım əvvəllər gözlənilən 9,1%-dən illik 4,7%-ə qədər yavaşlayacaq.

Son xəbərlər
Digər xəbərlər