20.5 C
Baku
Tuesday, May 20, 2025

Dünya şirkətlərinin loqotipi və onların gizli mənası

«Fedex». «Fedex» şirkətinin loqotipi xarici görünüşdən çox sadədir. Burada əlvan narıncı rəngində hərflər əks olunub. Lakin bu loqotipin gizli bir mənası var.

Diqqətlə baxın. «E» və «X» hərfləri ox əmələ gətirirlər. Buna çox az insan diqqət yetirir, lakin loqotip bizə şüuraltı təsir edərək bizdə şirkətin sürətlə işləməsi və professionallığı haqqında təəssürat yaradır.

Mcdonald’s. Əksər insanlar Mcdonald’s loqotipini yaratmaq üçün sadəcə olaraq brendin ilk baş hərfini götürərək böyüdüblər və qızılı rəngə boyayıblar.

Bu düşüncə həqiqəti qismən əks etdirir. Bu emblemin psixoloji mənası var. Freyd bu cür formanın süd verən anaya bənzədiyini söyləyirdi.

Museum of London. London muzeyində şəhərin qədim zamanlardan bugünkü günə qədər olan yaranma tarixi haqqında məlumat almaq olar. Onların loqotipi də buna müvafiqdir. Hər bir qat şəhərin müxtəlif vaxtlarda olan coğrafi sərhədləridir. Loqotipdə əlvan rənglərdən gənclərin diqqətini cəlb etmək üçün istifadə ediblər.

Adidas. «Adidas» idman mağazalar şəbəkəsinin adı onun banısı Adolf Dasslerin adı ilə bağlıdır. Loqotip dəfələrlə dəyişib, lakin bu loqotipdə daim üç zolaq qorunub saxlanmışdı. Hal-hazırda bu zolaqlar da əyilmiş şəkildədirlər və üçbucaq əmələ gətirirlər. Bu üçbucaq dağa bənzəyir. Bu isə öz növbəsində idmançıların aşmaları gərəkən maneələrin simvolik təcəssümüdür.

«Mitsubishi». 1800-ci illərdə iki gəmiçilik şirkətinin birləşməsi nəticəsində «Mitsubishi» şirkəti yaranır. Yeni şirkətin loqotipi öncəki loqotipin əsasında yaradılmışdı: palıd ağacının üç yarpağı və üç brilyant. «Mitsubishi» sözü «Üç brilyant» kimi tərcümə olunur.

«Google». Bu şirkətin loqotipi müxtəlif rənglərə boyadılmış hərflərdən ibarətdir. Lakin loqotipin şirkətin nüfuzuna birbaşa aidiyyatı var. Dizaynerlərin məqsədi müxtəlif xüsusi effektlərdən isifadə etmədən sadə loqotip yaratmaq idi. Bununla onlar bu şirkətin oynaq təbiətli və dinamik şəkildə inkişaf edən bir şirkət olduğunu çatdırmaq istəmişdilər.

Animal Planet. 2008-ci ildə işlənilmiş Animal Planetin loqotipində yaradıcılar yaşıl rəngin müxtəlif çalarlarında istifadə ediblər və bir hərfi heç də təsadüfi olmayaraq tərs çeviriblər. Bu loqotip cəngəlliyi və ibtidai instinktləri təcəssüm etdirir.

NBC. Bir çoxları bu şirkətin loqotipini tovuz quşunun açılmış quyruğunun olduğunu bilir. Lakin nəyə görə bu loqotip? Bunun səbəbi NBC şirkətinin yaradıldığı dövrdə Radio Corporation of America elektronika şirkətinə məxsus olmasındadır. O dövrdə ilk rəngli televizorlar istehsal olunurdular. Loqotip özündə yeni nəsil televizorların bütün üstün cəhətlərini əks etdirməli idi. Buna görə tovuz quşunun açılmış quyruğu rəsmindən istifadə olunur.

Amazon. Amazon saytının loqotipi xarici görünüşdən sadədir. Lakin onun da gizli bir mənası var. Narıncı çox saytda alış-veriş edən müştərilərin məmnun gülüşünün təcəssümüdür. Bundan savayı, oxun yerləşdirilməsinə diqqət yetirin: «A»-dan «Z»-yə qədər. Bunlar latın əlifbasının ilk və son hərfləridir. Bu isə öz növbəsində saytda istənilən əşyanı tapmağın mümkün olduğu deməkdir.

Pepsi. Pepsi şirkəti dəfələrlə öz loqotipini dəyişib. Bugünkü gündə onun loqotipində iki rəngdən ibarət olan (göy və qırmızı rənglər) dairədən və bu dairəni ortadan bölən ağ xəttdən ibarətdir. Rənglərdən bilərəkdən elə istifadə ediblər ki, Amerika bayrağının rənglərinə bənzəsin. Loqotipin işlənilməsi olan məşğul olan agentlik bu yaxınlarda loqotipin tam mənasını izah edilən 27 səhifəlik məruzə təqdim edib. Loqotip Pifaqorun nəzəriyyəsi, Yer üzünün maqnit sahəsi, nisbətlik nəzəriyyəsi və s. amillərlə əlaqədərdir.

Son xəbərlər
Digər xəbərlər