-3 C
Baku
Sunday, December 15, 2024

Dünya tarixinin ən bahalı çəhrayı brilyantı 60 milyon dollara qiymətləndirildi

Rusiyanın “ALROSA” şirkəti “Qızıl gülün kabusu” adlı çəhrayı brilyantı noyabrda satmaq niyyətindədir.

Bloomberg xəbər verir ki, şirkət hərracın necə keçiriləcəyini gələn ay müəyyənləşdirəcək.

Şirkət nümayəndəsi 14,83 karatlıq brilyantı hansı qiymətə hərraca çıxaracaqlarına da aydınlıq gətirməyib.

Mütəxəssislərin fikrincə “Qızıl gülün kabusu” dünya tarixinin ən bahalı brilyantları sırasına qatıla bilər. “Fancy Color Research Foundation” şirkətinin rəhbərlərindən biri İden Raçimov brilyantı 60-65 milyon dollar (102-110 milyon manat) civarnda qiymətləndirib.

Qiymətli daşların satış rekordu 59,6 karatlıq “Çəhrayı ulduz”a məxsusdur: brilyant 2017-ci ildə “Sotheby’s”də 71 milyon dollara (120 milyon manat) satılıb.

Son xəbərlər
Digər xəbərlər