18 C
Baku
Tuesday, April 23, 2024

Dünya yeni logistik böhranla qarşılaşa bilər

Dünya yeni nəqliyyat böhranı ilə qarşılaşa bilər.

Bu barədə Danimarkanın dəniz daşımaları üzrə ixtisaslaşan “Maersk” gəmiçilik şirkəti açıqlama verib.

Şirkət yeni logistik böhranın mümkünlüyü barədə xəbərdarlıq edib.

“Maersk”in fikrincə, bu il konteyner daşımalarına qlobal tələbatın azalması müşahidə olunacaq. Buna əsas səbəblərdən biri kimi hazırda anbarların dolu olması göstərilir.

Bu sahədə problemlərin yaranması, həmçinin həddindən artıq yüklənmiş logistik zəncirlər, eyni zamanda müştərilər və istehlakçılar tərəfindən inamın azalması kimi səbəblər də var.

“Maersk”in proqnozlarına görə, 2022-ci ildə dəniz konteynerlərinə tələbat mənfi bir faizdən müsbət bir faizə qədər dəyişəcək.

İkinci rübdə “Maersk”in yükdaşımalarının həcmi keçən illə müqayisədə 7.4 faiz azalıb.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər