16 C
Baku
Thursday, April 25, 2024

Dünyada 7 milyarddan çox insan peyvənd olunub

Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı 7 milyardı ötüb.

Banker.az xəbər verir ki, onların yarıdan çoxu üç ölkədə – Çin (2.3 milyard), Hindistan (1.1 milyard) və ABŞ-da (0.4 milyard) cəmlənib.

Qeyd edildiyi kimi, planetdə nə qədər insanın peyvənd olunduğunu dəqiq müəyyən etmək mümkün deyil, çünki bir çox ölkələr yalnız təsdiqlənmiş dozaların sayını bildiriblər. Bununla yanaşı, dünyada vaksinasiya sürəti azalıb.

BƏƏ və Maltada sakinlərin 90%-dən çoxu peyvənd olunub. Portuqaliya, Kuba, Çili, İslandiya, Kamboca, Qətər, İspaniya, Sinqapur, Bruney və Cənubi Koreya kimi ölkələrdə əhalinin 80%-dən çoxu ən azı bir doza peyvənd vurdurub.

Ümumilikdə, dünyada mülki dövriyyədə ondan çox koronavirus peyvəndi var: “Sputnik V”, “Sputnik Lite”, “Pfizer”, “AstraZeneca”, “Moderna”, “Johnson & Johnson”, “Sinopharm”, “Covaxin”, “Sinovac” və “Covivac”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər