World Intellectual Property Organization, illik World Intellectual Property Indicators 2018 reytinqini nəşr edib, onun çərçivəsində 2017-ci ildə almış patent sayına görə ən qabaqcıl ölkələrin adları çəkilmişdi.
- Avstraliya
Patent sayı: 28 906
Artım: 1,8%
Avstraliya dünyanın ən səmərəli innovasiya ticarəti sistemlərindən birini qurmuşdur.
Xüsusilə, Avstraliyada yaşıl enerjinin yaradılması və ətraf mühitin qorunması sahəsində işlər aparılır.
Fizika sahəsində aparılan araşdırma mərkəzləri də burada yerləşir: Sidney Universitetinin Fizika fakültəsi 6 bölmədən ibarətdir. Buraya astronomiya, astrofizika, nəzəri və hesablama riyaziyyatı, plazma fizikası və nüvə fizikası daxildir.
Tibbi-bioloji tədqiqatlar isə, əsasən, Melburndakı tibbi tədqiqatlar İnstitutunda aparılır.
- Kanada
Patent sayı: 35 022
Artım:0,8%
Hal-hazırda, Kanadada elm və texnologiyalara ayrılan vəsait ÜDM-nun 2%-dən çoxdur, bu isə ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri ilə müqayisədə daha azdır.
- Rusiya
Patent sayı: 36 883
Artım: -11,3%
“Laboratoriya Kasperskoqo” və “Skolkovo” daimi nümayəndələri daha çox patent sayına malikdir. 2017-ci ildə baş vermiş iqtisadi böhrana görə şirkətlərdə elmi tədqiqatların maliyyələşdirilməsinin, həmçinin Rusiya tədqiqat institutlarının və universitetlərinin patent fəaliyyətinin azalması müşahidə olunur.
2017-ci ildə Rusiyada ixtira patentləri üçün müraciətlərin sayı 2006-cı ilin səviyyəsinə enmişdir.
- Hindistan
Patent sayı:46582
Artım: 3,4%
Hindistan, geosinxron peyklər və super gücə malik kompüterləri inkişaf etdirmiş ölkələrdən birinə çevrilib, eyni zamanda nəzəri və tətbiqi elmdə böyük uğurlar qazanıb.
- Almaniya
Patent sayı: 67 712
Artım:-0,3%
Almaniyanın innovasiya siyasəti bir sıra özünəməxsus fərqləndirici xüsusiyyətlərə malikdir, onlardan biri geniş inkişaf etmiş innovasiya mərkəzlərinin şəbəkəsidir.
Hal-hazırda, belə mərkəzlərin ümumi sayı 400-ə çatmışdır. Onların tərkibinə 5 mindən çox innovasiya şirkəti, elmi-tədqiqat institutları və təşkilatları daxildir. Bütün bu müəssisələr innovativ yeniliklərin yeridilməsi xidmətlərini təklif edirlər.
Sənaye şirkətləri ilə əməkdaşlıq edən innovativ mərkəzlər, milli və beynəlxalq kooperativ sistemin əsasını təşkil edirlər.
- Avropa İttifaqı
Patent sayı: 166 585
Artım: 4,5%
Hal-hazırda avropalı alimlər aparıcı mövqeyini saxlamağa davam edirlər. Əslində, bizim zamanımızda tədqiqatçılar birlikdə işləməyi üstün tuturlar və buna görə də daha çox beynəlxalq qruplar yaradırlar.
Avropada patentlərin böyük bir hissəsi dərman və genetik mühəndislik sahələrinə aiddir. Bundan əlavə, burada texnologiya və ətraf mühitin mühafizəsi sahəsində də patentlər verilir.
- Cənubi Koreya
Patent sayı: 204 775
Artım: -1,9%
Cənubi Koreyada vəsaitin 2/3 hissəsi sahibkarlıq sektoruna sərf olunur. Çeboli konqlomeratları ölkə daxilində çox saylı tədqiqat bölmələrinə və laboratoriyalara malikdir.
- Yaponiya
Patent sayı: 318479
Artım: 0,03%
Ölkə yüksək texnologiya və avtomobil, enerji qənaəti və robot texnikası, tibb və kosmik kəşfiyyat da daxil olmaqla müxtəlif sahələrdə yüksək mövqeyə malikdir.
Bu gün Yaponiya yeni texnologiyalar sahəsində dünyada ən öndə gedən ölkədir.
Ölkənin yaratdığı yeniliklərin çox hissəsini insan həyatının keyfiyyətini yaxşılaşdırılması və ətraf mühitin qorunması üçün istifadə edir.
Maşınlar üçün yeni ekoloji cəhətdən təmiz olan motorlar, robotlar və effektiv dərmanlar yaradılır və təkmiləşdirilir, qiymətli metallar və enerji daşıyıcıları təkrar istifadəyə verilir.
- ABŞ
Patent sayı: 606 956
Artım: 0,2%
Son 80 il ərzində ABŞ telekommunikasiya texnologiyaların tədqiqatına və inkişafına böyük töhfə verib.
Amerikalı alimlər fiziologiya və tibb sahəsində Nobel mükafatlarının sayına görə liderlik edirlər.
Ən böyük tibb müəssisi olan NIH səhiyyə departamenti 27 institut və tədqiqat mərkəzlərindən ibarətdir. Burada fəaliyyət göstərən əsas sahələrə telekommunikasiya, informasiya texnologiyaları, robototexnika, süni intellekt, tibb və biotexnologiya aiddir.
- Çin
Patent sayı: 1,38 milyon
Artım: 14,2%
Çinin dünya üzrə liderliyi bir neçə ildir dəyişməz qalır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumatlarına görə, ötən il dünyada 3,17 milyon patent ərizəsinin 40% -ı Çinin payına düşür.