13 C
Baku
Monday, May 6, 2024

Dünyada “Bitcoin” ticarəti iki dəfədən çox azalıb

“BitcoinCasinos” portalına görə, aprel ayında kriptovalyuta investorları həmişəkindən daha az aktiv idilər. Ənənəvi olaraq, investorlara ən böyük orta aylıq mənfəət aprel ayı gətirib. Lakin bu il aprel ayında bütün əsas kriptovalyutaların ticarət həcmi, əksinə, əhəmiyyətli dərəcədə azalıb. Beləliklə, “Bitcoin”in aylıq ticarət həcmi təxminən 700 milyard dollar düşüb – martdakı 1.2 trilyon dollardan 492.9 milyard dollara.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Aprelin 18-də kriptovalyutanın məzənnəsi 2022-ci ilin iyunundan bəri ən yüksək göstərici olan 30.4 min dollara çatmasına baxmayaraq, ticarət həcmi 58% azalıb. Bu göstərici ilə “Bitcoin” aprel ayında ən çox satılan kriptovalyutalar arasında 2-ci sətrdə qərarlaşıb.

Ən çox satılan kriptovalyuta isə “Tether” olub. Lakin bununla belə, investorlar fəaliyyət göstərməyə daha az həvəsli idilər: ayın nəticələrinə görə, “Tether”in ticarət həcmi 38% azalaraq 730.5 milyard dollar təşkil edib. Ticarət həcminə görə üçüncü yeri “Ethereum” tutub – 28% azalma ilə 230 milyard dollar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər