15 C
Baku
Friday, March 29, 2024

Dünyada bitkoin bankomatlarının sayı 6000-ni keçib

Bu ilin iyun-oktyabr aylarında dünyada 1 000-dən çox bitkoin bankomatı quraşdırılıb. 

Bu barədə xarici mətbuata istinadən xəbər verilir. 

Məlumata görə, bunun 108-i oktyabr ayının payına düşüb. 

Hazırda dünyada 6 004 bitkoin bankomatı var. BTM kimi tanınan bu qurğuların 35%-i alqı-satqı qabiliyyətinə malikdir. 

Bankomatların 75%-i Şimali Amerika, 20%-i Avropa, 2%-i Asiya, 3%-i isə digər qitələrdə yerləşir.

©Report

Son xəbərlər
Digər xəbərlər