2023-cü il noyabrın 20-dən dekabrın 17-dək dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən xəbər verilir.
Belə ki, 2023-cü il noyabrın 20-dən dekabrın 17-dək olan 28 günlük dövr ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb.
Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı 3 min nəfər olub ki, bu da, əvvəlki ayla müqayisədə 8% azdır.
Qeyd edək ki, ÜST tərəfindən COVID-19 virusunun yeni ştamı (“JN.1”) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib.