Amerika dollarının indeksi Co Baydenin andiçməsi ardından altı əsas valyuta səbətinə qarşı ucuzlaşıb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:20 radələrində dolların indeksi 90.175 bənd təşkil edib.
Bu isə günlük 0.294 bənd, yəni 0.32% enişdir.
EUR/USD cütlüyünün məzənnəsi 0.27% artımla 1.2138, GPB/USD 0.48% artımla 1.3720, USD/JPY 0.11% enişlə 103.41, USD/CAD 0.01% enişlə 1.2628, AUD/USD 0.23% artımla 0.2770 təşkil edib.
Dolların indeksi ötən ilin sonlarında 89.298 bəndə düşdükdən sonra Bayden hakimiyyətinin 1.9 trilyon dollarlıq COVID-19 qarşı yardım paketinin ayırması açıqlamalar dolların ilin ilk günlərində başlayaraq inamlı qiymət qazanmasına gətirib çıxarmışdı. İndeks 90.90 üzərinə qədər yüksəlmişdi.
“Güclü dollar” tərəfdarı olan Canet Yellen yenidən siyasətə qayıdıb. O, illər öncə Federal Ehtiyatlar Sisteminə rəhbərlik etdikdən sonra Demokrat namizəd Co Baydenin qayıdışından sonra Xəzinə Departamentinə ( Maliyyə Nazirliyi) rəhbər təyin olunub. Bir çoxları onun dönüşündən sonra yenidən dolların güclənməsi üçün addımlar atacağını gözləyir. Halbuki, Tramp hakimiyyəti güclü dollardansa, güclü iqtisadiyyatın olması üçün çalışırdı.