19 C
Baku
Thursday, April 25, 2024

Dünyada koronavirusdan ölənlərin sayı 39 faiz azalıb

Bu il fevralın 27-dən martın 26-dək dünyada koronavirus infeksiyasına təxminən 3,6 milyon insan yoluxub, 25 mindən çox insan isə ölüb.

Ötən 28 gün ilə müqayisədə ölüm hallarının sayı 39 faiz, yoluxma hallarının sayı isə 27 faiz azalıb.

ÜST-nin məlumatına əsasən, dünyada dörd həftə ərzində 3 576 996 yoluxma halı və 25 157 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox – 678 002 yoluxma halı ABŞ-də aşkar olunub. Daha sonra Rusiya (333 073), Koreya Respublikası (270 378), Çin (255 961) və Yaponiya (242 894) yer alıb. ABŞ-də fevralın 27-dən martın 26-dək ən çox – 7 909 ölüm halı qeydə alınıb. Daha sonra Böyük Britaniya (2 719), Yaponiya (1 519), Çin (1 230) və Almaniya (1 085) qərarlaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər