22 C
Baku
Monday, May 20, 2024

Dünyada kriptomatların populyarlığı artır

Dünyada quraşdırılan kriptomatların sayı 1600-ə yaxınlaşır. Bunların əksəriyyəti, daha dəqiq desək 900-dən çoxu ABŞ-da yerləşir.

Banker.az xəbər verir ki, bu məlumatları bütün dünya üzrə müvafiq məlumatları izləyən Coin ATM Radar qeyd edib.

Bitcoin bütün 1567 kriptomatlarda əlçatandır. Bitcoin rəqəmsal valyutasının ardınca 357 kriptomatda əlçatan olan Litecoin gəlir.

Kriptomatlar müxtəlif istehsalçılar tərəfindən buraxıldığından cihazlar bir neçə növdə təqdim edilib. Onların əksəriyyəti rəqəmsal valyuta üçün pulqabı yaratmağa imkan verdiyi halda, bəziləri yalnızca daha əvvəldən qeydə alınmış pulqabılar ilə işləyir. Adətən Bitcoin almaq üçün istifadəçi öz pulqabısının QR-şifrəsini skan etməli və nağd pul daxil etməlidir. Bəzi cihazlar həmçinin istifadəçilərə Bitcoin-i nağd pulla mübadilə etmək şəraiti yaradır.

Bitcoin-bankomatlar adətən tranzaksiya üçün 8,93% həcmində vəsait tuturlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər