2020-ci ilin yekunlarına əsasən, dünyanın 149 ölkəsinin mərkəzi banklarının 12,701 trln. ABŞ dolları ekvivalentində valyuta ehtiyatları yığılıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmasının verdiyi məlumata görə, bu göstərici 2020-ci il ərzində 7,4% artıb. Mərkəzi bankların valyuta ehtiyatlarının 59,02%-i dollarda, 21,24%-i avroda, 6,03%-i Yaponiya yenində, 4,69%-i funt sterlinqdə, 6,32%-i isə digər valyutalarda olub.
Qeyd edilir ki, mərkəzi banklar tərəfindən dollarda saxlanılan valyuta ehtiyatlarının xüsusi çəkisi 25 illik minimuma enib.
Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6,369 mlrd. dollara bərabər olub. Bu, illik müqayisədə 1,8% çoxdur. Yenilənmiş məlumatlara əsasən, mayın 1-nə AMB-nin valyuta ehtiyatları 6,368 mlrd. dollar təşkil edib.