2023-cü ildə qlobal “Forbes” siyahısına 150 yeni ad daxil olub. Onların məcmu sərvəti 344 milyard dollar təşkil edir. Reytinqə yeni daxil olanlar arasında dizayner Tom Ford (2.8 milyard dollar), basketbolçu Lebron Ceyms (1 milyard dollar) və qolfçu Tayqer Vuds (1.1 milyard dollar) var.
Yeni milyarderlər arasında ən varlı 30 yaşlı Mark Mateşitzdir, onun sərvəti 34.7 milyard dollardır. 2022-ci ilin oktyabrında atası Ditrix Mateşitzin ölümündən sonra, o, “Red Bull” markasının 49%-ni miras alıb.
Reyqintdə ən varlı qadın Hindistanın “Tata Sons” şirkətinin sədri Sayrus Mistrinin dul arvadı Rohika Sayrus Mistridir. Qeyd edək ki, Sayrus Mistri 2022-ci ilin sentyabrında avtomobil qəzasında ölüb. “Forbes” onun sərvətini 7 milyard dollar olaraq qiymətləndirir. Vurğulanır ki, 150 yeni milyarderdən yalnız 27-si qadındır.
Siyahıya yeni daxil olan milyarderlərin əksəriyyəti – 92 nəfər – sərvətini miras yolu ilə yox, öz hesabına qazanan insanlardır.
2023-cü ildə milyarderlərin sayına görə ABŞ (51 nəfər) liderlik edir, 2-ci yeri siyahıda hər birinin 16 milyarderi olan Çin və Hindistan tutub. Ən çox milyarder maliyyə sektorunda, moda, ticarət, sənaye, texnologiya, daşınmaz əmlak və idman sahələrindədir.