29 C
Baku
Saturday, June 29, 2024

Dünyada milyonçuların sayı rekord həddə çatıb

Beynəlxalq konsaltinq şirkəti “Capgemini” 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı hesabatını açıqlayıb. Şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5.1% artaraq 22.8 milyon nəfərə çatıb. Onların ümumi sərvəti 4.7% artaraq 86.8 trilyon dollara yüksəlib. Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.

“Capgemini” konsaltinq şirkətinin açıqladığı World Wealth Report 2024 hesabatında 2023-cü ilin sonuna qədər milyonçuların və multimilyonçuların (xalis sərvəti 30 milyon dollardan çox olan şəxslər) sərvətinin rekord həddə çatdığını bildirib.

Əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3.6%,  sayı isə 3.3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, həm də rekord həddə çatıb.

2023-cü ildə həm zəngin insanların sayında (-0.1%), həm də onların sərvətində (-1%) azalma müşahidə edilən yeganə region Afrika olub. “Capgemini” mütəxəssisləri Afrika ölkələrindəki bu tendensiyanın səbəbini xammal qiymətlərinin düşməsi və xarici investisiyaların azalması ilə izah ediblər.

Ümumi tendensiyalardan danışan hesabat müəllifləri qeyd edirlər ki, varlı insanlar öz sərvətlərini idarə etmək taktikasını dəyişirlər. Əgər əvvəllər əsas səylər vəsaitlərin saxlanmasına yönəlmişdisə, indi onların artımına yönəlib.

Son xəbərlər
Digər xəbərlər