11 C
Baku
Wednesday, December 11, 2024

Dünyada neçə milyon plastik kart istifadə olunur? – Araşdırma

Banker.az xəbər verir ki, Global Data Cards and Forecasts şikrətinin keçən il üzrə həyata keçirilmiş araşdırmasında qeyd olunur ki, 2016-cı ildə dünyada plastik kart sayı 2015-ci ildə qeydə alınmış göstəricilərlə müqayisədə 8% artaraq 2016-cı ildə 14 milyard karta çatıb.

Ekspertlər qeyd edir ki, 2022-ci ildə dünyada plastik kart sayı 17 milyarda qədər artacaq.

Araşdırmaya əsasən, debet kartları ən geniş yayılmış kart növü olaraq bütün dünya üzrə ümumi həcmin 71%-ni təşkil edir. 2015-ci ildə isə bu göstərici 70% şəklində idi. Bu rəqəm Asiya-Sakit okeanı regionunda, Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında inkişaf etməkdə olan bazarlarda maliyyə inteqrasiyası ilə bağlı təşəbbüslərin nəticəsi olaraq artmağa davam edəcək.

2016-cı ildə kredit kartlarının payı 2 xal itirərək 20% təşkil edib və araşdırmada qeyd olunur ki, bu faiz hələ enməyə davam edəcək.

Proqnozlara əsasən, bütün dünya üzrə kartla ödənişlərin sayı 2015-2021-ci illər arasında 55% artacaq və 417 milyard əməliyyata çatacaq.

Son xəbərlər
Digər xəbərlər