25 C
Baku
Saturday, July 27, 2024

Dünyada yaradılmış ilk maşın hansıdır?

Dünyada benzinlə hərəkət edən ilk avtomobil Karl Benz tərəfində 1886-cı ildə yaradılıb. Bu yeni yaradılan avtomobil müasir dövrümüzdə istifadə edilən avtomobillərdən daha çox üç təkərli velosipedə bənzəyirdi.

Benzinlə işləyən mühərrik maşının arxa təkərlərini hərəkətə gətirirdi və bu maşının maksimal sürəti 15 km/saat idi. Mühərrikin gücü isə cəmi 0,9 at gücünə bərabər idi və o su vasitəsilə soyudulurdu.

Dünyada yaradılmış ilk avtomobil iki nəfər üçün nəzərdə tutulmuşdu. Maşının qeyri-standart dizaynı hərəkət zamanı çətinliklər yaradırdı. Məsələ ondadır ki, keçmiş zamanlarda yollar ar arabaları üçün nəzərdə tutulmuşdu və bu arabaların təkərləri yollarda cığırlar açmışdı. Bunun da nəticəsində avtomobilin ön təkəri maşının hərəkətini çətinləşdirirdi. Bu ön təkərlər çığıra düşmürdü və daim torpağın hündür hissəsində qalırdı.

174j

Son xəbərlər
Digər xəbərlər