Dünyadakı işçilərin yarısı böhran şəraitində işini itirməkdən qorxur

Ümumdünya İqtisadi Forumda 12 430 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, böhran şəraitində işini itirmək riski ilə üzləşən işçilərin 54%-i özünü ya “çox narahat”, ya da “bir qədər narahat” hiss edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu sorğu dünyanın 27 ölkənin respondentləri arasında keçirilib.

Onlar arasında ən çox Rusiya sakinləri narahatdırlar: respondentlərin təxminən 75%-i məşğulluq problemi ilə üzləşdiyini açıqlayıb. Almaniyada isə əksinə, ekvivalent nəticə cəmi 26% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər