2 C
Baku
Sunday, December 15, 2024

Dünyadakı nağd vəsaitlərin əsas həcmi cəmi 3 bank tərəfindən daşınır

Nağd pulların daşınması biznesi hazırda çətin və gəlirsiz xarakter alıb. Elektron ödənişlərin populyarlığının artmasına baxmayaraq, insanlar nağd pullardan fəal şəkildə istifadə etməyə davam edir. Dünyadakı banknotların əsas həcminin daşınması ilə cəmi 3 bank məşğul olur.

The Wall Street Journal-ın verdiyi məlumata əsasən isə bu banklar –  Şimali Amerikada Bank of America Corp., Avropada Bank of Ireland və Asiyada United Overseas Bank-dır.

Commerzbank, Deutsche Bank, HSBC Holding və Royal Bank of Scotland kimi bir neçə nəhəng bank isə bu sahə üzrə kifayət qədər ixtisaslaşmadığından, prosesin çətinliyindən və az gəlirliyindən bu cür fəaliyyəti dayandırmış və yaxud əhəmiyyətli dərəcədə azaltmışdır.

Pulların daşınması ilə məşğul olan banklar bu proses üzrə bütün fəaliyyətlərini dəqiq şəkildə düşünməlidirlər. Bu zaman onlar bütün dünya üzrə etibarlı hücrə şəbəkəsinə malik olmalı, inkassatorlar və aviaşirkətlər ilə işgüzar əlaqələr yaratmalıdırlar. Belə ki, banknotların əsas hissəsi kommersiya reysləri ilə daşınır. Bununla yanaşı, maliyyə təşkilatları çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı təhlükəsizlik və ehtiyat tədbirləri görməlidirlər.

The Wall Street Journal-a əsasən, Bank of America daşınan pulların nominal dəyərindən təqribən 0,02% qazanır. Məsələn, bank 100 milyon dolların daşınmasından təqribən 20 min dollar gəlir əldə edir. Bankın nağd vəsaitlərin daşınmasından əldə etdiyi illik gəlir isə təqribən 100 milyon dollar təşkil edir.

Bank of America son zamanlar nağd pulların daşınması əməliyyatlarının sayını əhəmiyyətli dərəcədə azaltsa da, bu biznesi tamamilə tərk etməyib. Ümumilikdə, Nyu-Yorkun Federal Ehtiyat bankınıb bildirdiyinə görə, belə bir ixtisar pulların daşınması üzrə “qara bazar”-ın yaranmasına gətirib çıxara bilər. Bankın məlumatlarına əsasən, 1,4 trilyon nağd dolların 50-60%-i ABŞ sərhədlərindən kənarda dövriyyədədir.

Əvvəllər qeyd etdiyimiz kimi, alternativ ödəniş üsulları yavaş-yavaş nağd vəsaitləri sıxışdırır. Böyük Britaniyada alternativ ödəniş üsulları dominantlıq etməyə başlayıb. 2015-ci ildə nağd pullardan istifadə etmə səviyyəsi ilk dəfə olaraq 50%-dən aşağı endi. Bundan əlavə, 2015-ci ildə təmassız ödəniş kartlarının peyda olması ilə insanlar gündəlik alış-veriş zamanı belə nağd vəsaitlərdən istifadə etməkdən imtina etdilər.

 

Son xəbərlər
Digər xəbərlər