-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanı ALBALI PLUS-la kəşf edin!

ALBALI PLUS kart sahiblərinə gözəl yay istirahəti! ALBALI PLUS istifadəçiləri üçün səyahət biletləri daha sərfəli oldu. MasterCard-ın “Yeni Yerlər Kəşf etmək:  QİYMƏTSİZDİR!” kampaniyası çərçivəsində iyunun 1-dən avqustun 31-dək  Qatar Airways şirkəti ilə Bakıdan olan bütün uçuş biletlərinə (Doha və Tbilisi istiqaməti xaric) 10% endirim edilir. Biletləri  www.qatarairways.com/mastercard-az<http://www.qatarairways.com/mastercard-az  saytından sifariş edə bilərsiniz. Unibankın digər MasterCard-ları da bu imkandan yararlana bilərlər.

Əzizlərinizə ən gözəl  səyahət hədiyyəsi sizdən olsun!

ALBALI PLUS – MasterCard tipli beynəlxalq kartdır. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,üstəlik Unibank bankomatlarında vəsaitinizi komissiyasiz nağdlaşdira bilərsiniz. ALBALI PLUS sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır.  Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

Unibank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda-  ALBALI PLUS  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxaq  kart olmaqla yanaşı , dörd  bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.

ALBALI PLUS – çox-çox sərfəli TAKSİT KARTIDIR. Bu kartla siz 1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında  istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz.

ALBALI PLUS həm də güzəştli dövrü olan KREDİT KARTIDIR. Təcili pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştəri Unibank-dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur.

ALBALI PLUS çox sərfəli DEPOZİT KARTIDIR. Sizin karta qoyduğunuz depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə saxladığınız pulu Albalı Plusa yatırın ki, vəsaitiniz hər gün bir qədər də artsın. Müştərinin Bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi hesablanır.

ALBALI PLUS kartı olan müştəri Unibank-da özünə kredit tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank məhsullarından güzəştli istifadə edə biləcək.

18-70 yaş arası Azərbaycan vətəndaşları  ALBALI PLUS  kartının imkanlarından yararlana bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən https://www.facebook.com/unibank.az/photos/a.95797086237.89666.95588021237/10152049975016238/?type=1&theater    əldə etmək olar.

ALBALI PLUS  – arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Son xəbərlər
Digər xəbərlər