İsveç bir çox uğur qazanmış investisiya şirkətlərinin vətənidir. Wired Magazine Britaniya jurnalına əsasən, bu ölkənin iqtisadiyyatı rəqəmsal texnologiya sahəsində daha da irəli getməkdədir.
Aşağıda sizə İsveç-in dünya şöhrəti qazanmış və ən uğurlu şirkətlərindən bəzilərini təqdim edirik:
1. Electrolux
Hazırda Electrolux məişət texnikasını demək olar ki, tanımayan yoxdur. Bu İsveç şirkəti məişət texnikasının istehsalı üzrə dünyada ikinci yeri tutur. Şirkət 1919-cu ildə yaradıldıqdan sonra Lux tozsoranları istehsal edirdi. Daha sonradan isə soyuducu, paltaryuyan və qabyuyan maşınlar istehsal edirdi. 2011-ci ildə isə şirkət Ethisphere institutu tərəfindən dünyanın ən etik şirkəti seçilmişdi.
2. AstraZeneca
Bu şirkət mədə-bağırsaq üçün Prilosec və Losec kimi reseptli dərmanların istehsalı ilə yanaşı, qan-damar, həzm, həmçinin xərçəng kimi xəstəliklər ilə mübarizə üçün yeni dərmanların istehsalını və araşdırmaları dəstəkləyir.
3. Ericsson
Telekommunikasiya bazarında güclü oyunçulardan biri olan Ericsson şirkəti mobil texnologiya və şəbəkəsi sayəsində bütün dünyada məşhurdur. Şirkət ilk olaraq 1876-cı ildə Lars Magnus Ericsson tərəfindən teleqraf cihazının təmirxanası kimi fəaliyyətə başlamışdı.
Hazırda isə şirkətin 104 000 əməkdaşı var.
4. H&M
Şirkət 1947-ci ildə Hennes in Västerås adı ilə qadın paltarları mağazası olaraq açılıb. O zamandan bu günə qədər şirkətin bütün dünyada 2500-ə yaxın mağazası açılmışdır.
5. IKEA
Ev mebeli istehsalı üzrə nəhəng şirkət olan IKEA 1943-cü ildə İnqvar Kamprad tərəfindən yaradılıb. Hazırda isə şirkətin 38-dən çox ölkədə 325-dən artıq mağazası var. Şirkətin “bestsellerləri” isə Klippan, Poäng və Billy-dir.