Spotify
2006-cı ildə Daniel Ek və Martin Lorents tərəfindən yaradılmış Spotify istifadəçilərə azad şəkildə musiqi dinləmək, yayımlamaq və onları mobil cizahlar və kompüterlərindən göndərmək imkanı yaradır. Facebook-a inteqrasiya bacarığı sayəsində dostlarınız hazırda hansı musiqini dinlədiyinizi görə bilərlər.
Solvatten
Yer kürəsində zəhərli tullantılar ilə zəhərlənmiş sudan istifadəyə görə hər 15 saniyədə bir uşaq dünyasını dəyişir. Bunu Britaniyanın WaterAid xeyriyyə təşkilatı araşdırmışdır. Solvatten şirkəti isə suyun emal edilməsi, təmizlənməsi üçün qurğu yaradan ilk şirkətlərdən olmuşdur. Solvatten qurğusu 11 litrlik konteyner formasında satılır və suyun sterilizə olunması üçün 2-6 saat günəş şüaları altında saxlanılır. Daha sonradan bu suyu içmək, ondan qida hazırlamaq və şəxsi gigiyena üçün istifadə etmək olar.
Skype
2003-cü ildə Niklas Zennström və Dane Janus Friis tərəfindən yaradılmış Skype şirkəti uzaq məsafələrdə yaşayan insanları birləşdirməyə xidmət edir. Skype ilk yaradıldığı vaxt inqilabi səs-küyə səbəb olduğundan eBay onu 2005-ci ildə almış, daha sonradan 2011-ci ildə Microsoft-dan təklif gəldikdə 8,5 milyon dollara satmışdı.
Peepoople
İsveçin Peepoople şirkəti öz istehsalı olan Peepoo adlı paketləri ilə ən qlobal problemlərdən biri olan antisanitariya ilə mübarizə aparır. Peepoo paketi bir dəfəlik istehsal üçün nəzərdə tutulub və 24 saat ərzində ətrafa iy buraxmır.
Wrapp
2011-ci ildə yaradılmış Wrapp start-up şirkəti Facebook sosial şəbəkəsindən daha faydalı şəkildə istifadə etmək imkanı verir. Wrapp tətbiqetməsi sayəsində öz dostlarınıza müxtəlif məqsədlərlə şifrəli hədiyyə sertifikatları göndərə bilərsiz.